Asiya Oyunlarının bugün son günüdür
Ev sahibi Türkmənistanın liderliyini qoruduğu qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları bugün başa çatır.

Ev sahibi Türkmənistanın liderliyini qoruduğu qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları bugün başa çatır.
Oyunların doqquzuncu günündə - sentyabrın 25-də idmançılar bilyard, boulinq, şahmat, idman rəqsi, futzal, tennis, sambo, üzgüçülük, kikboksinq, ağırlıqqaldırma və güləş yarışlarında mübarizə apardılar.
"Aşqabad-2017"nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.
Hesabında 79 qızıl, 58 gümüş və 73 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü Çin (24-21-17) və İran (22-18-53) yığmaları tamamlayır.
Özbəkistan (21-28-59) dördüncü, Qazaxıstan (20-18-27) beşinci, Tailand (18-17-26) altıncı, Koreya Respublikası (10-9-10) yeddinci, Vyetnam (9-7-16) səkkizinci, Honkonq (9-5-12) doqquzuncu və Taypey (8-6-8) isə onuncu pillədə yer alıb.
İndiyədək 34 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.
Qeyd edək ki, qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növü üzrə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır.
Әlaqәli Xәbәrlәr

UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vuruldu
VIII turun qarşılaşmalarının hamısı eyni saatda start götürdü.