Alman velosipedçisi xəyallarını Alanyada həyata keçirir

25 ildir Antalyanın  Alanya rayonunda yaşayan alman velosipedçisi  yarışlarda Türkiyəni təmsil edir.

800231
Alman velosipedçisi xəyallarını Alanyada həyata keçirir

 Almaniyadan Türkiyəyə 25 il əvvəl istirahətə gələn və buralardan ayrıla bilməyən Martin Bernhart 20 il əvvəl başladığı velosiped və triatlon idmanında yüksək dərəcələr əldə edib.
 
 54 yaşlı  Martin Bernhart Alanyada məskunlaşaraq əvvəlcə burada dil kurslarına gedib,  sonra da  velosiped mağazası açıb.
 
Almaniyalı Bernhart, eyni zamanda, velosiped idmanına başlayıb, özünü bu idman növündə inkişaf etdirib və Türkiyə adından milli və beynəlxalq yarışlarda iştirak edib.
 
 Bernhart 2004-cü ildə Türkiyə Velosiped Federasiyası tərəfindən keçirilən Beynəlxalq Dağ Velosiped Yarışında yaş kateqoriyasında birinci, 2011-ci ildə Türkiyə Velosiped Çempionatında fərqli kateqoriyalar üzrə  birinci və ikinci, 2012-ci ildə "Atatürk Yürüşü"ndə birinci, Şimali Kıbrıs (Kipr) Türk Respublikasında keçirilən triatlon turnirində ikinci, həmin il İstanbuldakı Qış Triatlon Yarışlarında birinci olub.
 



Әlaqәli Xәbәrlәr