"Beşiktaş" Azərbaycana gedir

İstanbulun "Beşiktaş" futbol klubu Azərbaycana gedəcək.

794729
"Beşiktaş" Azərbaycana gedir

"Beşiktaş" gələn ilin mart ayında milli çempionatlara veriləcək fasilə ilə əlaqədar olaraq Azərbaycanda yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

 Azərbaycanda bir, və ya 2 yoldaşlıq görüşü keçirməklə bağlı razılıq əldə olunarsa, "qara qartallar" 3 günlük Azərbaycana gedəcək.

Hazırda "Beşiktaş" rəhbərliyinin Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir.

Bundan başqa, İstanbul klubu yaxın vaxtlarda Bakıda idman mağazası açmağı planlaşdırır.

 

Mənbə: Trend İnformasiya Agentlyi



Әlaqәli Xәbәrlәr