Türkiyədən iki güləşçi gümüş medalla qayıtdı

Avropa Ulduzlar Güləş Çempionatında Türkiyədən Mustafa Səfa Yıldırım və Məhəmməd Furqan Dursun gümüş medal qazanıblar.

780137
Türkiyədən iki güləşçi gümüş medalla qayıtdı

  Bosniya Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Çempionatda kişilər üzrə 58 kilo çəki dərəcəsində Mustafa Səfa Yıldırım finalda Gürcüstandan Georgi Şotadze ilə qarşılaşıb. Rəqibini 3-1 hesabı ilə yenən Türkiyə idmançısı gümüş medalın sahibi olub.

  85 kilo kilo dərəcəsində isə Məhəmməd Furqan Dursun Macarıstan güləşçisi Aleks Girgo Szokeyə 2-0 hesabıyla məğlub olaraq gümüş medal qazanıb.

  30 iyul tarixində kişilər üzrə 46 kilo çəki dərəcəsində Mükremin Akbaş, 54 kilo çəki dərəcəsində Kadir Kamal, 63 kilo çəki dərəcəsində Emrullah Candır, 76 kilo çəki dərəcəsində Ubeyid Karamuk və 100 kilo çəki dərəcəsində Mehmet Atçı mübarizə aparacaqlar.



Әlaqәli Xәbәrlәr