Basketbol çempionatında Türkiyənin rəqibi bəlli oldu

Avropa üzrə qadın basketbol Çempionatında, Türkiyənin 1/4 finaldakı rəqibi Yunanıstan olub.

756779
Basketbol çempionatında Türkiyənin rəqibi bəlli oldu

Çex respublikasının ev sahibliyi etdiyi 2017 Avropa üzrə qadınlar basketbol çempionatının 2-ci mərhələsində Yunanıstan, Rusiyanı 62-58 məğlub edib. Bu nəticəyə görə Yunanıstan dörddəbir finalda Türkiyənin rəqibi olub.

Digər matçda isə Latviya, son Avropa çempionu Serbiyanı 75-70 məğlub edərək  8 komanda arasına daxil oldu. Macarıstanda təşkil edilən 2015 Avropa Çempionatında qızıl medal qazanan Serblər, bu turnirə dörddəbir final əvvəlində vida etdi.

Hradec Kralovedəki 2-ci mərhələnin matçlarında isə Ukraynanı 82-68 məğlub edən Slovakiya ilə Macarıstanı 49-48 udan İtaliya ¼ final matçlarına vəsiqə qazanıb.

22 İyunda Praqada oynanacaq dörddəbir final matçlarının proqramı isə belə:

İspaniya-Latviya Saat 13.30

Türkiyə-Yunanıstan Saat 16.00

Fransa-Slovakiya Saat 19.00

Belçika-İtaliya Saat 21.30



Әlaqәli Xәbәrlәr