Joze Mourinyo da vergidən yayınmaqda ittiham olunur

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun vergidən yayındığı barədə xəbər yayılıb.

756505
Joze Mourinyo da vergidən yayınmaqda ittiham olunur

Dünya futbolunda vergidən yayınan tanınmış simaların sayı günü-gündən artır.

 Son olaraq “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun vergidən yayındığı xəbəri yayılıb.

Bu barədə məlumatı dərc edən “Reuters” agentliyi portuqaliyalı mütəxəssisin hələ “Real”da çalışarkən buna əl atdığını yazıb. Xəbərdə Mourinyonun İspaniyada 3,3 milyon avroluq vergidən yayındığı vurğulanıb. Məsələ ilə bağlı araşdırmalara start verilib.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb.

 

Mənbə: APA SPORT



Әlaqәli Xәbәrlәr