Anadolu Efes Beşiktaş ilə qarşılaşacaq

Spot Toto Basketbol Super Ligası play-off yarım final seriyasının üçüncü matçında Anadolu Efes ilə Beşiktaş Sompo Japan sabah (03.06.2017) qarşılaşacaqlar.

744860
Anadolu Efes Beşiktaş  ilə qarşılaşacaq

Spot Toto Basketbol Super Ligası play-off yarım final seriyasının üçüncü matçında Anadolu Efes ilə Beşiktaş Sompo Japan sabah (03.06.2017) qarşılaşacaqlar.
 
 "Lacivərd-bəyazlılar"ın ev sahibliyində  Abdi İpəkçi idman zalında baş tutacaq qarşılaşmaTürkiyə vaxtı ilə saat 20.00-da başlayacaq.
 
 Finala yüksələ bilməsi üçün üç qələbəyə ehtiyacı olan Beşiktaş Sompo Japan  2-0 hesabı ilə öndədir.
 
"Siyah-bəyazlı" komanda ev sahibi olduğu ilk iki oyunda rəqibini 90-71 və 74-72 hesabı ilə məğlub etdi.
 
 Beşiktaş Sompo Japan sabahkı matçı qazandığı təqdirdə adını finala həkk etdirəcək.
 
Yarışın Anadolu Efesin üstünlüyü ilə başa çatması halında seriyada 4-cü matç yenə "lacivərd-bəyazlılar" n meydançasında oynanılacaq.



Әlaqәli Xәbәrlәr