Cristiano Ronaldo vergi qalmaqalı ilə qarşı-qarşıya qaldı

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Cristiano Ronaldo (Kriştianu Ronaldu) barəsində vergi ödəməkdən yayındığı üçün istintaq başladılıb.

739948

İspaniyanın Maliyyə Nazirliyi portuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəkləyib. Dövlət orqanlarının hesablamalarından sonra Ronaldonun 2011 - 2014-cü illərə olan vergiləri araşdırılır.  600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib. 

“El País” qəzetinə görə, məşhur futbolçu İspan dövlətinə əlavə olaraq 8 milyon avro vergi ödəmək məcburiyyətində qala bilər.

İspaniyada son dövrlərdə bir çox futbolçu haqqında vergi qaçırdıqları iddiası ilə istintaq və iddialar var.

Barcelonada forma geyən Lionel Messi 4,1 milyon avroluq vergi qaçırdığı ittihamı Ali Məhkəmə tərəfindən də təsdiq edilən 21 ay iş kəsilmişdi. Keçmişdə eyni səbəbə görə Barcelonanın argentinalı futbolçusu Javier Mascheranoya da bir il həbs və 815 min avro pul cəzası verilmişdi.

Әlaqәli Xәbәrlәr