Türkiyəli kişi həndbolçular iraqlı rəqiblərini məğlub ediblər

Azərbaycanın paytaxtı Bakıda  keçirilən  IV İslam Həmrəyliyi Oyunlarının kişi həndbolçular arasında yarışın “B” qrupunun ilk matçında Türkiyə və İraq həndbolçuları qarşılaşıblar.

729647

Görüşün birinci hissəsi İraq təmsilçilərinin 19:17 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qarşılaşmanın ikinci hissəsində isə əzmkar oyun nümayiş etdirən Türkiyə millisi rəqibini 35:33 hesabı ilə məğlub edib.

IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışında günün ilk qarşılaşması Türkiyə və Kamerun yığma komandaları arasında keçirilib.

Qeyd edək ki, qarşılaşma Türkiyə millisinin 33-31 hesablı  üstünlüyü ilə yekunlaşıb.

Әlaqәli Xәbәrlәr