Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlayır

İlk oyunda Səudiyyə Ərəbistanı və Mərakeş milliləri qarşılaşır

727719
Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlayır

Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlayır.

AZƏRTAC-ın xəbərinə əsasən “A” qrupu çərçivəsində Səudiyyə Ərəbistanı millisi Mərakeş komandası ilə qarşılaşır.

Futbol yarışında səkkiz komanda mübarizə aparacaq. Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar.

Azərbaycan millisi ev sahibi olduğu üçün “A” qrupunda yer alıb. Bu qrupda milli komandanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub. “B” qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışacaqlar.

“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq.

Futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.



Әlaqәli Xәbәrlәr