UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi

Avropa futbolunun UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

718035
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi

  İsveçrənin Nyon şəhərindəki UEFA Mərkəzində keçirilən püşkatmadan sonra yarımfinal turunun qarşılaşacaq komandaları müəyyən olunub.

  İspaniyanın “Real Madrid” komandası ilk matçda “Atletico Madrid”i öz ölkəsində qəbul edəcək.

  Yarımfinalın digər müsabiqəsində isə Fransanın “Monaco” komandası ilə İtaliyanın “Juventus”u qarşılaşacaq. Oyun Fransada olacaq.

  Çempionlar liqası yarımfinalında ilk matçlar 2-3 mayda, qarşılaşmalar isə 9-10 may tarixlərində oynanılacaq.

  Final matçı isə 3 iyunda Uelsin paytaxtı Kardiffdəki Milli Stadionda olacaq.



Әlaqәli Xәbәrlәr