Beşiktaş ¼ final matçında meydançadan məğlubiyyətlə ayrıldı

UEFA Avropa Liqası 1/4 final matçında Fransa nümayəndəsi Olympique Lyon ilə qarşılaşdı. Mübarizəli keçiən qarşılaşmada Türkiyə nümayəndəsi Beşiktaş meydançadan 2-1 məğlub ayrıldı.

712390
Beşiktaş ¼ final matçında meydançadan məğlubiyyətlə ayrıldı

İki komanda arasındakı rövanş matçı, 20 Apreldə İstanbulda oynanacaq.

Digər tərəfdən Olimpik Lyon – Beşiktaş qarşılaşmasına istənməyən hadisələr möhrünü vurdu. İlk gərginlik stadiondan kənarda yaşandı. Beşiktaş tərəfdaşların toplaşdığı sahəyə məşəl və partlayıcı maddələr atıldı. Hadəsəyə təhlükəsizlik qüvvələri müdaxilə etdi. Ancaq stadiondan kənarda başlayan gərginlik  tribunalara da əks olundu. Fransa tərfdaşları matç əvvəli sahəyə axışdılar. UEFA heyəti qarşılaşmanın təxirə salınması tələbiylə fövqəladə yığıncaq təşkil etdi. Ancaq qıssa müddət sonra stadionda vəziyyətin yenidən nolmallaşması və təhlükəsizlik tədbirlərinin artırılmasıyla 45 dəqiqəlik təxirlə matça start verildi.

Qatıldığı bir telekanal proqramında hadisələrə münasibət bildirən prezident Ərdoğan, son zamanlarda Avropada özünün və Türkiyənin əleyhində rəftar sərgiləndiyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr