Ənənəvi beynəlxalq “Böyük İpək yolu” turniri

Bugün Bakıda kişi və qadınlar arasında boks üzrə ənənəvi beynəlxalq “Böyük İpək yolu” turniri start götürəcək.

690798
Ənənəvi beynəlxalq “Böyük İpək yolu” turniri

Bugün Bakıda kişi və qadınlar arasında boks üzrə ənənəvi beynəlxalq “Böyük İpək yolu” turniri start götürəcək.

Azərbaycanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Nəriman Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, 3 gün davam edəcək yarışda Azərbaycan böyük heyətlə çıxış edəcək.

Belə ki, komanda hər çəkidə 4 idmançı ilə mübarizə aparmağı planlaşdırır. Abdullayev bildirib ki, bu millinin formalaşması üçün belə edilib.

Onun sözlərinə görə, turnirdə Qazaxıstan, Türkiyə, Ukrayna, Özbəkistan, Qətər, Gürcüstan, İran və Rusiya boksçuları da yumruqlarını döyüşdürəcəklər.

Qadınların yarışında isə Azərbaycan yığması yanaşı, Ukrayna, Türkiyə və Belarus boksçuları güclərini yoxlayacaqlar. 



Әlaqәli Xәbәrlәr