Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 10 medal qazanıb

Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.

689922
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 10 medal qazanıb

Məlumata görə, G1 kateqoriyalı yarışın son günü Azərbaycanı  təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb.

45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçu Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) qarşılaşdığı bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar.

Qadın taekvondoçu Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

 yarışın ilk günü böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc medal, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olmuşdular.

Beləliklə, milli komandalarımız iki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünclə, ümumilikdə 10 medalla başa vurub.



Әlaqәli Xәbәrlәr