“Qara qartal” səfərdən sərfəli nəticə ilə döndü - 1:1

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirildi.

688443
“Qara qartal” səfərdən sərfəli nəticə ilə döndü - 1:1

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirildi.

Türkiyə çempionu “Beşiktaş” Yunanıstanda “Olimpiakos”un qonağı oldu. “Qara qartal” səfərdən sərfəli nəticə ilə döndü - 1:1.

Rəqibi qarşısında ilk yarını 1-0 məğlub bitirən “Bekiştaş” ikinci yarıda Aboubakarın vurduğu qolla bərabərlik əldə etdi.

Oyuna nəzarəti öz əlində saxlayan “Qara qartal” matçdan bu nəticə ilə ayrılaraq tura olan ümidlərini İstanbuldakı mübarizəyə gətirdi.

Matçı izləyən az saydakı beşiktaşlı azərkeşlə olmpiakoslular arasında arabir gərginlik yaşandığı qeydə alındı.

İki komanda arasında cavab oyunu martır 16-da “Vodafon Arena”da keçiriləcək.

“Mançester Yunayted” isə səfərdə “Rostov”la qarşılaşıb. "Qırmızı şeytanlar" da heç-heçə ilə razılaşıblar - 1:1.

“Lion” – “Roma” matçı da bu mərhələnin maraqlı oyunlarından idi. Meydan sahibi “Lion” 4:2 hesablı qələbəyə sevinib.

Futbolsevərlər Almaniya və Belçika duellərinin də şahidi olublar. “Şalke” Mönhenqladbax “Borussiya”sı ilə heç-heçə oynayıb (1:1), “Gent” isə Belçikanın digər təmsilçisi “Genk”lə görüşdə darmadağın olub - 2:5.



Әlaqәli Xәbәrlәr