Çempionlar Liqasında ikinci tur həyəcanı bugün başlayır

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı baş tutub

673392
Çempionlar Liqasında ikinci tur həyəcanı bugün başlayır

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı baş tutub 

“Bavariya” “Arsenal”ı, “Real” isə “Napoli”ni qəbul edib.

Münhendə baş tutan qarşılaşmada meydan sahibləri qələbə qazanıb. "Bavariya"nın 5 qol vurduğu oyunda "Arsenal"ın qol sayı bir olub.

 Əvvəlcə Robben hesabı açıb. Aleksis Sançez bərabərliyi təmin etsə də, ikinci hissədə Levandovski, Müller və Tyaqonun (2) qolları cavab qarşılaşması öncəsi Karlo Ançelottinin yetirmələri üçün böyük üstünlük ortaya qoyub.

“Real” – “Napoli” qarşılaşması da ev sahiblərinin qələbəsi ilə nəticələnib. Hesabı qonaqlar açsa da, ev  sahibi komanda klubu bunun cavabını artıqlaması ilə qaytarıb. Benzema, Kross və Kazemiro ispanları sevindirən qollara imza atıblar. İtalyanların cavab qarşılaşması öncəsi son ümidi isə səfərdə vurduqları qoldur.

Çempionlar Liqasında ikinci tur həyəcanı isə bugün başlayır

Türkiyənin nümayəndəsi “Fənərbaxça” yerli vaxtla saat 19.00-da rus rəqibi “Krasnodar”a qonaq olacaq.

Digər nümayəndəmiz “Osmanlıspor” isə saat 21.00-da yunan rəqibi “Olympiakos” un meydançasında üz-üzə gələcək.

Son nümayəndəmiz “Beşiktaş” isə saat 23.05-də yenə qarşı meydançada İsrail komandası “Hapoel Beer Sheva” ilə qarşılaşacaq.



Әlaqәli Xәbәrlәr