Avropa Gənclər Olimpik Qış Festivalına start verilib

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi 2017 Avropa Gənclər Olimpik Qış Festivalına (EYOF 2017) Ərzurumda görkəmli açılış mərasimiylə start verilib.

670893
Avropa Gənclər Olimpik Qış Festivalına start verilib
eyof 2017-5.jpg
eyof 2017-4.jpg
eyof 2017-3.jpg
eyof 2017-2.jpg
eyof 2017-1.jpg

Avropa Olimpiya Komitəsi (EOC) tərəfindən Türkiyənin əhəmiyyətli qış idmanları mərkəzlərindən Ərzurumda təşkil edilən festivalın açılış mərasimi 34 ölkədən 675 idmançının iştirakı ilə reallaşıb.

Termometrlərin 14 dərəcə şaxta göstərdiyi şəhərdə, iştirakçıların üşümemesi üçün açılış mərasimin təşkil edildiyi stadionun üzərinə qızdırıcılar yerləşdirildi.

Şaxtaya baxmayaraq şəhər xalqının tədbirə böyük marağı olub.

Gənclik və İdman naziri Akif Çağatay Kılıç tədbirdə etdiyi çıxışında, festivalın şəhərə, ölkəyə xeyirli olmasını diləyərək: “Dünyanı çirklətməyə cəhd edən pis niyyətli insanlara qarşı mübarizə edən, dünyanı yaxşılaşdırmaq və gözəlləşdirməyi qarşıda məqsəd qoyan insanlar vardır. Dünyanın müxtəlif ölkələrindən gələrək burada həmrəylik sərgiləyən gənclər, bir göy qurşağı kimi ürəyimizi fərəhləndirirlər. Cəmiyyətin müxtəlif təbəqələrindən gəncləri ortaq məxrəcdə birləşdirən, onlara eyni məqsəd uğrunda mübarizə etməyi öyrədən ünsür isə bu və buna bənzər tədbirlərdir. Ortaq ümidlər, sevinclər, həyəcanlar artdıqca insanlar bir-birlərini daha yaxşı idrak edəcək və xain terror mərkəzləri məhv olacaq. Festivaldeki müvəffəqiyyətin gerçək ölçü medallar və ya kuboklar yox, bir-birləriylə ünsiyyət yaradmaq istəyən gənclərin sayıdır. Tədbirin sonunda bütün idmancılar ölkələrinə qalib qayıdacaqlar. Çünki hər kəs bu torpaqlara məxsus gözəl xatirələr və həqiqi təbəssümlər aparacaq. Festival, Ərzurumdan dostluğa, qardaşlığa edilən çağırışdır. İdmanın, yaxşılıq, xoş görü və səmimiyyətin ölkələr arasında saldığı körpünün adıdır” deyə vurğulayıb.

Nazirin çıxışından sonra milli idmançı Aişə Durludan olimpiada məşəlini təhvil alan milli idmançı Sərdar Deniz, olimpiada atəşini yandırıb. Daha sonra səma rəqsi başda olmaqla çoxqulu tədbirlər keçirilib.



Әlaqәli Xәbәrlәr