Avropa Klublar Birliyi FİFA-ya reaksiya göstərib

Avropa Klublar Birliyi FİFA-nın dünya çempionatında komanda sayını 32-dən 48-ə artırmasıyla bağlı qərarından narazıdı.

648771
Avropa Klublar Birliyi FİFA-ya reaksiya göstərib

Bu barədə birliyin internet  saytında açıqlama verilib. Açıqlamada komanda sayının artırılmasında heç bir fayda görmədikləri qeyd edilərək:'' 32 komandalı formatın dəyişməsində heç bir fayda görmürük. Dünya çempionatına 9 il qalmasına baxmayaraq, belə vacib qərarın heç kimdən məsləhət almadan, tələsik qəbul edilməsi təəccüb doğurur. Bu qərarın idman prinsiplərindən çox, siyasi təzyiqin nəticəsində qəbul edildiyi şübhə doğurmur. Birliyimiz bu ayın sonunda baş tutacaq idarə heyətinin iclasında DÇ-də komanda sayının artırılmasının hansı nəticələr doğuracağını ətraflı təhlil edəcək”.

Qeyd edək ki, FIFA 2026-cı ildən etibarən futbol üzrə Dünya Kuboku yarışlarının final mərhələsində 48 yığmanın iştirak edəcəyi barədə qərar qəbul edib. 
 



Әlaqәli Xәbәrlәr