Kənan Sofuoğlu mövsümün son yarışını da ikinci yerdə tamamlayıb

Dünya “Supersport” çempionatında əvvəl də çempionluğunu elan edən Kənan Sofuoğlu Qətərdəki mövsümün son yarışını da ikinci yerdə tamamlayıb.

600585

Çempionatda mövsümün 12-ci və son yarışı Qətərdəki Lusail şəhəri ilə həmin adla tanınmış 5 min 380 metrlik məsafədə keçirilib.

Yarışda Honda komandasından Böyük Britaniyalı sürücü Kyle Smith qələbə qazanıb. Kawasaki Puccetti komandasının pilotu Kənan Sofuoğlu 0,006 saniyə fərqlə Smithin arxasında ikinci yeri tutub.

Kənan Sofuoğlu 16 oktyabrda İspaniyada keçirilən yarışda ilk yeri tutaraq 5-ci çempionatını elan etmişdi.

Kənan Sofuoğlu axşam keçirilən yarışlardan sonra kubok mərasimində iştirak edib.  

Dalbadal ikinci, cəmi isə 5-ci çempionluq qazanan Kənana 2016 mövsümün kuboku verilib.

Әlaqәli Xәbәrlәr