Hakan Çalhanoğlu Almaniyanın 1-ci Futbol Liqasında həftənin futbolcusu seçildi

Hakan Çalhanoğlu Bundesliga.com-un internet saytında keçirilən sorğuda səslərin 44 %-ni qazandı.

582803
Hakan Çalhanoğlu Almaniyanın 1-ci Futbol Liqasında həftənin futbolcusu seçildi

Almaniyanın 1-ci Futbol Liqasında (Bundesliga) həftənin futbolcusu Bayer Leverkusenin formasını geyən Türkiyə millisinin oyunçusu Hakan Çalhanoğlu oldu.
 
 Bundesliga.com-un internet saytında keçirilən sorğuda səslərin 44 %-ni qazanan Hakan Çalhanoğlu 6-ci həftənin ən yaxşı futbolusu seçildi.
 
 Bayer Leverkusenin Borussia Dortmundu öz sahəsində qarşılayaraq  2-0 hesabı ilə məğlum etdiyi matçda 22 yaşlı Çalhanoğlunun sərgilədiyi oyunun  komandanın qələbəsində mühüm rolu oldu.
 
 Hakan Çalhanoğlu Hoffenheim komandasında oynayan Kərəm Demirbay ilə birlikdə Bundesligada "həftənin ən yaxşı 11-i"ndə də yer aldı.



Әlaqәli Xәbәrlәr