“Qızıl top” mükafatının qalibini jurnalistlər seçəcək

Fransanın “France Football” jurnalı ən yaxşı futbolçuya təqdim olunan “Qızıl top”la bağlı yeni qaydaları açıqlayıb.

573885
“Qızıl top” mükafatının qalibini jurnalistlər seçəcək

“Qızıl top” mükafatının qalibi yalnız jurnalistlərin seçimi əsasında müəyyənləşəcək.

Fransanın “France Football” jurnalı ən yaxşı futbolçuya təqdim olunan “Qızıl top”la bağlı yeni qaydaları açıqlayıb.

Açıqlamada bildirilib ki, mükafatın sahibi yalnız idman jurnalistlərinin yekun səsverməsindən sonra müəyyənləşəcək. Seçim otuz ən yaxşı futbolçu arasında aparılacaq. Sonda namizədlərin üçü finala qalacaq.

Qeyd edək ki, “France Football” jurnalı son beş ildə “Ballon d'Or”un mükafatlandırılma mərasimini FİFA ilə birgə həyata keçirirdi. İlin qalibi isə media təmsilçiləri ilə yanaşı, milli komandaların məşqçiləri və komanda kapitanlarının səsverməsi nəticəsində müəyyənləşirdi.



Әlaqәli Xәbәrlәr