Aleksandr Ceferin UEFA-nın prezidenti seçildi

Səsvermədən sonra qısa nitq ilə çıxış edən Ceferin bütün dəstəkçilərinə təşəkkür etdi.

570695
Aleksandr Ceferin UEFA-nın prezidenti seçildi

Sloveniya Futbol Federasiyasının prezidenti Aleksandr Ceferin UEFA üzvü olan 55 ölkə federasiyasından 42-nin dəstəyini alaraq UEFA-nın yeni prezidenti seçildi.
 
 Yunanıstanın paytaxtı Afinada keçirilən seçkilərdə Ceferinin yeganə rəqibi olan Hollandiya Futbol Federasiyasının prezidenti Michael Van Praag isə 13 səslə qutuda qaldı.
 
 Səsvermədən sonra qısa nitq ilə çıxış edən Ceferin bütün dəstəkçilərinə təşəkkür etdi. Prezident seçilmənin onun üçün çox böyük mənası olduğunu bildirən Ceferin ailəsinin və "kiçik, gözəl" Sloveniyanın fəxr etdiyini söylədi.
 
 Seçkilərdə uduzan Van Praag da ona dəstək olan hər kəsə təşəkkür etdi. Ceferinlə eyni məqsədi bölüşdüklərini, bundan sonra daha fərqli və dah yaxşı bir UEFA olacağını qeyd edən hollandiyalı: "Bu gün demokratiya danışdı və buna hörmətlə yanaşıram" dedi.
 
 Yeni prezident 2,5 il ərzində UEFA-ya liderilik edəcək.



Әlaqәli Xәbәrlәr