Fənərbaxça, Konyaspor və Osmanlıspor komandalarının rəqibləri müəyyən olundu

UEFA Avropa Liqasında qrup matçları 15 sentyabrdan başlanacaq

560308
Fənərbaxça, Konyaspor və Osmanlıspor komandalarının rəqibləri müəyyən olundu

  UEFA Avropa Liqasındakı Fənərbaxça, Konyaspor və Osmanlıspor Türkiyə futbol komandalarının rəqibləri təyin edildi.

  Püşkatma mərasimində 2-ci qrupda olan Fənərbaxça A qrupunda Manchester United, Feyenoord və Zorya Luhansk ilə qarşılaşacaq.

  4-cü qrupda yer alan Atiker Konyaspor H qrupunda Şaxtyor Donetsk, Braqa və Gent ilə mübarizə aparacaq.

  Tarixində ilk dəfə Avropa arenasına çıxan Osmanlıspor isə L qrupunda Villarreal, Steaua Buxarest və Zürich komandaları ilə qarşılaşacaq.

  UEFA Avropa Liqasında qrup matçları 15 sentyabrdan başlanacaq.



Әlaqәli Xәbәrlәr