UEFA Çempionlar Liqası qrup mərhələsində oynayacaq bütün komandalar bəlli olub

UEFA Çempionlar Liqasında pley-off mərhələsindǝ 5 matç oynanıb. Neticǝdǝ  qrupa adlayan daha 5 komandanın adı bǝlli olub.

558932
UEFA Çempionlar Liqası qrup mərhələsində oynayacaq bütün komandalar bəlli olub

“Styaua” ilə formal cavab matçına çıxan “Mançester Siti” bu dəfə də qələbə qazanıb. Ancaq "şəhərlilər" ilk oyundakı 5:0 hesablı mǝğlubiyyǝtdǝn sonra öz meydanında sadəcə 1 qolla kifayətləniblər.

 “Yanq Boyz” üzərində səfər qələbəsi əldə edən Mönhenqladbax “Borussiya”sı da ikinci oyunda rahat qələbəyə sevinib - 6:1.

 Böyük maraqla gözlənilən “Rostov” - “Ayaks” görüşü isə rusların qalibiyyǝtiylǝ ilə yekunlaşıb - 4:1.

 Qeyd edək ki, bu qarşılaşmalardan sonra iki oyunun nəticəsinə görə qalib gələn komandalar Çempionlar Liqasının qrupuna adlayıb, məğlublar isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

UEFA  Çempionlar liqası qrup maçları 13-14  sentyabrda  başlayacaq  vǝ  6-7 Dekabrda sona çatacaq. 

Çempionlar Liqası Pley-off mərhələsi. Cavab oyunları 24 avqust

 APOEL (Kipr) - “Kopenhagen” (Danimarka) - 1:1

 İlk oyun – 0:1

“Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya) - 1:2 (əlavə vaxt)

İlk oyun – 1:1

“Mançester Siti” (İngiltərə) - “Styaua” (Rumıniya) - 1:0

İlk oyun – 5:0

“Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya) - 4:1

İlk oyun – 1:1

“Borussiya” (M. Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 6:1

İlk oyun – 3:1

 



Әlaqәli Xәbәrlәr