Olimpiya oyunlarının bağlanış mǝrasimi keçirilib

Braziliyanın Rio de Janeiro şəhərində təşkil edilən 2016 Rio-de-Janeyroda Olimpiya oyunlarının bağlanış mǝrasimi keçirilib.

556493
Olimpiya oyunlarının bağlanış mǝrasimi keçirilib
rio olimpiyat oyunları bitti1.jpg

Marakana stadionunda Türkiyǝ vaxtıyla saat 02-dǝ başlayan mǝrasim 3 saat davam edib.

Braziliya karnavalı şəklində hazırlanan bağlanış mərasimi çərçivəsində dünya ölkələri olimpiyaçılarının yürüşü olub. 31-ci Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bağlanış mərasimində olimpiya məşəli söndürülüb. Üç ölkənin - Olimpiya oyunlarının vətəni Yunanıstanın, Braziliyanın və növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyanın bayraqları qaldırılıb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax 31-ci Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını bağlı elan edib.

Xatırladaq ki, avqustun 5-dən 21-dək Rio de Janeyro Olimpiadasında 207 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306 dəst medal uğrunda mübarizə aparıb. Türkiyǝ idmancıları oyunlarda 8 medal qazanıblar.

Amerika Birləşmiş Ştatları 46 qızıl, 37 gümüş, 38 bürünc olmaqla 121 medal qazanaraq oyunları birinci, Böyük Britaniya isǝ 27 qızıl, 23 gümüş və 17 bürünc olmaqla 67 medal qazanaraq ikinci sırada tamamlayıb. Çin isǝ 70 medalla siyahıda üçüncü sıranı tutub.

 



Әlaqәli Xәbәrlәr