AVRO-2016: ilk finalçı məlum oldu

Portuqaliya finala vəsiqə qazanıb, rəqibi isə bu gün keçiriləcək digər yarımfinalda məlum olacaq

525074
AVRO-2016: ilk finalçı məlum oldu

  Futbol üzrə Avropa çempionatının ilk finalçısı məlum olub. 

  Ötən gün ilk yarımfinal oyununda Portuqaliya və Uels milliləri qarşılaşıb. Birinci hissədə hesab açılmayıb. Oyunun 2-ci mərhələsində isə azerkeşlərin də gözlədiyi kimi ilk qolun müəllifi Ronaldo olub. Gərgin mübarizə dolu anlarla yadda qalan AVRO-2016 ilk yarımfinalda Uels hücumçuları azarkeşlərini sevindirə bilməyib. Poltuqaliya millisinin üzvü Nani komandasına 2-ci qol sevincini yaşadıb. Bununla da Uels millisi ümidini itirib. Beləliklə, matç Portuqaliya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliya finala vəsiqə qazanıb.

  Portuqaliyanın rəqibi isə bu gün keçiriləcək digər yarımfinalda məlum olacaq. Marsel şəhərində “Velodrom” stadionunda Fransa ilə Almaniya üz-üzə gələcək. Çempionatın əsas favoritlərindən hesab olunan rəqiblərin yarımfinalda qarşılaşması futbol ictimayyəti arasında bu oyunun erkən final kimi xarakterizəsinə səbəb olub. Ona görə də Portuqaliya finalda qarşılaşacaq rəqibini güclü hesab edir. Azerkeşlər isə qızğın mübarizənin şahidi olacaq. Final isə iyulun 10-da bazar günü Saint-Denis şəhərindəki “Stade de Franceta” stadionunda baş tutacaq.



Әlaqәli Xәbәrlәr