Türkiyə futbol komandası qalib gəldi

Türkiyə son matçında Çexiya komandasını 2-0 məğlub edərək D qrupunu üçüncü sırada tamamladı

515556
Türkiyə futbol komandası qalib gəldi

  Fransada davam edən Avropa Futbol Çempionatında (EURO 2016) Türkiyə Milli komandasının olduğu D qrupunda son matçlar oynanıldı.

  Türkiyə son matçında Çexiya komandasını 2-0 məğlub edərək D qrupunu üçüncü sırada tamamladı.

  Qrupu 3-cü bitirən Türkiyə Milli komandası üst dövrəyə çıxmaq üçün digər qrupdakı oyunların nəticəsini gözləyəcək.

  Qrupdakı digər matçda Xorvatiya İspaniyanı 2-1 məğlub etdi. İlk iki sırada yer alan Xorvatiya və İspaniya 16-cı tura qaldı.

  C qrupunda da üçüncü matçlar tamamlandı. Almaniya Şimali İrlandiyanı 1-0, Polşa da Ukraynanı eyni hesabla məğlub etdi.

  Bu nəticələrdən sonra Almaniya və Polşa qrupda ilk iki sıranı alaraq dövrü adlayan ölkələr oldu.

  Şimali İrlandiya isə ən yaxşı üçüncü komanda olaraq ikinci tura yüksəldi.

  Çempionatda bu gün 4 qarşılaşma keçiriləcək və qrup matçları sona çatacaq.

Qrup E (Türkiyə saatıyla):

22:00 İtaliya-İrlandiya

22:00 İsveç-Belçika

Qrup F (Türkiyə saatıyla):

19:00 Macarıstan-Portuqaliya

19:00 İslandiya-Avstriya



Әlaqәli Xәbәrlәr