Eyfel üçüncü dəfə ağ-qırmızı işıqlandı

Avropa Çempionatında Türkiyə əvvəl sahədə, sonra ictimai mediada qazandı

515561
Eyfel üçüncü dəfə ağ-qırmızı işıqlandı

   2-0 hesabıyla Çexiyaya qalib gəldikdən sonra Eyfel qülləsi türk tərəfdarlarının dəstəyilə yenə ağ-qırmızı rənglərə boyandı.

  Parisin simvolu Eyfel qülləsi Avropa Çempionatı günlərində hər gecə ictimai media üzərindən ən çox dəstək alan ölkə komandasının rənglərilə işıqlanır. Tərəfdarlar bu dəfə Türkiyə Milli komandasına böyük dəstək verdi.

  Eyfelin yanında toplanan tərəfdarlar qırmızı-ağa bürünən qüllənin altında doyunca əyləndilər və öz sevinclərini nümayişləri etdirdilər.



Әlaqәli Xәbәrlәr