Avro-2016-da qrup mərhələsinin III turuna start verilib

“A” qrupunda iki oyun keçirilib.

514095
Avro-2016-da qrup mərhələsinin III turuna start verilib

 “A” qrupunda iki oyun keçirilib.

Belǝ ki, 1/8 finala vəsiqəni təmin edən Fransa yığması İsveçrə ilə qarşılaşıb.  Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb. Qrup mərhələsində 5 xal toplayan İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb.

Qrupun digər matçında Albaniya Rumıniya ilə görüşüb.  Oyunda yeganə qolu albaniyalı Armando Sadiku vurub. Beləliklə, rəqibini qabaqlayan Albaniya 3 xalla qrupda 3-cü yeri tutub.

Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə,  Albaniyanın  play-off mərhələsinə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.

“B” qrupunda bugün Rusiya ilǝ Uels; Slovakila ile İngiltere qarşılaşacaq. Saat 22.00-da başlayacaq bu matç TRT-1; Rusiya-Uels matçı isǝ TRT-SPOR-da canlı yayımlanacaq.



Әlaqәli Xәbәrlәr