Venger: "Türkiyə sürpriz edə bilər"

"Arsenal"ın baş məşqçisi Arsen Venger ölkəsi Fransada keçiriləcək "Avro-2016" öncəsi açıqlama verib.

506859
Venger: "Türkiyə sürpriz edə bilər"

"Arsenal"ın baş məşqçisi Arsen Venger ölkəsi Fransada keçiriləcək "Avro-2016" öncəsi açıqlama verib.

 London klubunun saytına danışan təcrübəli mütəxəssis turnirin başlamasını səbirsizliklə gözlədiyini deyib:

"Çünki Avropa çempionatı öz ölkəmdə keçiriləcək. İlk dəfə böyük turniri heç bir yerə səyahət etmədən izləyəcəm. Mənim üçün maraqlı olacaq".

O, turnirin iki əsas favoritinin Almaniya və İspaniya olduğunu bildirib:

"İspaniya dünya çempionatından sonra yenidən zirvədə olmaq istəyəcək. Bu komandanın əvvəlki səviyyəsinə qayıdıb-qayıtmayacağı maraqlıdır. Almaniya isə hər bir turnirin favoritlərindən sayılır. Ev sahibi Fransa da favoritlərdən biridir. Ancaq onların müdafidə problemlər yaşayacağını düşünürəm".

A.Venger 24 milli komanda ilə ilk dəfə oynanılan Avropa çempionatında sürpriz gözlədiyini də vurğulayıb. Fransalı mütəxəssisin fikrincə, sürprizlərdə birini Türkiyə millisi edə bilər:

"Türkiyədən böyük sürpriz gözləyirəm. Onlar son anda final mərhələsinə vəsiqə qazandılar və yaxşı təsir bağışladılar. Daha sonra Slovakiya və Çexiya hər kəsi təəccübləndirə bilər. Ancaq ən böyük sürprizi Xorvatiyanın edə biləcəyini düşünürəm. Kimsə onlardan bir şey gözləmir, amma heyətlərində ulduz futbolçular var. Kovaçiç, Rakitiç, Lovren, Vrsaljko, Srnanı misal olaraq göstərə bilərəm".



Әlaqәli Xәbәrlәr