Avropa Üzgüçülük Çempionatı

Avropa Üzgüçülük Birliyi (LEN) tərəfindən təşkil olunan Avropa Üzgüçülük Çempionatı İngiltərənin paytaxtı Londonda sabah başlayır.

491244
Avropa Üzgüçülük Çempionatı

Avropa Üzgüçülük Birliyi (LEN) tərəfindən təşkil olunan Avropa Üzgüçülük Çempionatı İngiltərənin paytaxtı Londonda sabah başlayır.

 Çempionata 22 idmançı ilǝ iştirak edəcək Türk Milli Komandası eyni zamanda 2016 Rio Olimpiadalarında kvota verəcək təşkilatda kvota sayını artırmaq üçün mübarizə aparacaq.

 Daha əvvəl Viktoriya Zeynəb Günəş və Nəzir Karap ilə cǝmi 5 kateqoriyada A səddini keçərək kvota qazanan milli idmançılar xüsusilə bayraq komandaları ilǝ sǝddi keçməyi hədəfləyir.

 Bir həftə davam edəcək çempionata 15 kişi, 7 qadın idmançı iştirak edəcək Üzgüçülük Milli Komandasında bu idmançılar yer alır:

 Kişilər: Dəmir Atasoy, Kaan Türker Ayar, Ege Başer, Doğa Çelik, Ergecan Gəzmiş, Kamal Arda Gürdal, İsgəndər Başkalov, Nǝzir Karap, Kaan Özcan, Berk Özkul, Alpan Örnǝk, Əmrə Sakçı, Berkay Şendikici, Zirvə Təkin və Ediz Yıldırımer.

 Qadınlar: Ekaterina Avramova, Gizǝm Bozkurt, İlknur Nihan Çakıcı, Viktoriya Zeynəb Günəş, Esra Kübra Kaçmaz, Nida Əliz Üstündağ və Zeren Zülal.



Әlaqәli Xәbәrlәr