Futbol dünyası 26 yaşlı futbolçu Patrik Ekengin yasını tutur

Futbol dünyası Viitorul ilə oynanan matçda infarkt keçirərək həyatını itirən Dinamo Buxarestin 26 yaşlı kamerunlu futbolçusu Patrik Ekengin yasını tutur.

485970
Futbol dünyası 26 yaşlı  futbolçu Patrik Ekengin yasını tutur

 
 Rumıniya Birinci Futbol Liqası Çempionat Qrupunda  bərabər hesabla (3-3) başa çatan son həftə oyununda meydana girdikdən 7 dəqiqə sonra yerə yıxılan və aparıldığı xəstəxanada həyatını itirən  Ekeng üçün bir çox futbolçu sosial mediada başsağlığı ismarıcları yazdılar.
 
 "Trabzonspor"un kamerunlu keçmiş futbolçusu Stephane Mbia həmvətəninin ölümü üçün "Kamerun futbolu bir qardaşını itirdi. İnana bilmirəm. Ailəsinə başsağlığı verirəm" deyə yazdı.
 
 "Antalyaspor"un kamerunlu oyuncusu Samuel Etoo: "Bu faciəli ölümü görmək bizi çox kədərləndirdi" ismarıcını yazdı.
 
 Qalatasarayın kamerunlu müdafiəçisi Aurelien Chedjou duğularını: "Sözlərlə ifadə etmək çətindir. Bir aslan əsla ölməz. Rahat yat" şəklində ifadə etdi.
 
 Kamerun Futbol Federasiyası: "Ekengin itkisindən  duyduğumuz kədəri izah etmək üçün söz tapa bilmirik" ifadələrini işlətdi.
 
 Bu arada, Rumıniya Futbol Federasiyası da baş verən ölüm hadisəsi səbəbindən  ölkədəki bütün futbol tədbirlərinin təxirə salındığını bildirib.
 
Hadisə ilə əlaqədar Rumıniya mətbuatında verilə xəbərlərdə  təcili tibbi yardım maşının Ekengin yerə yıxılmasından təxminən 3 dəqiqə sonra futbol meydanına daxil olduğu bildirilir.
 
 Xəbərlərdə təcili yardım maşınında lazım olan qədər tibbi vəsaitin olmadığı, kamerunlu futbolçuya zəruri müdaxilənin vaxtında edilmədiyi da iddia edilir.



Әlaqәli Xәbәrlәr