Madrid “Atletiko”su adını finala yazdırdı

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

484206
Madrid “Atletiko”su adını finala yazdırdı

Yarımfinal mərhələsinin ilk cavab görüşündə Münxenin “Bavariya” klubu Madridin “Atletiko” komandasını qəbul edib. Münxendəki “Alyans Arena”da keçirilən matçı türkiyəli referi Cüneyt Çakır idarə edib.

Oyun ərzində topa hakim olan və rəqibinə 2:1(0:1) hesabı ilə qalib gələn “Bavariya” iki oyunun nəticəsinə görə finala yüksələ bilməyib. Əvəzində Dieqo Simeonenin komandası mayın 28-də Milanda keçiriləcək finala adını yazdırıb. Münxenlilər hücumlarının bəhrəsini 31-ci dəqiqədə görüb. Xabi Alonso cərimə zərbəsini dəqiq yerinə yetirib - 1:0. İkinci hissədə “Bavariya” müdafiəsinin ani səhvindən istifadə edən qonaqlar 54-cü dəqiqədə Qrizmanın qolu ilə hesabı bərabərləşdirə biliblər - 1:1. Yenidən rəqib qapısında hücumlarını çoxaldan Xosep Qvardiolanın yetirmələri 74-cü dəqiqədə Levandovskinin baş zərbəsi ilə hesabı 2:1-ə çatdırıb. Lakin bu qol “Bavariya”ya final üçün kifayət etməyib.

Qeyd edək ki, bu gün oynanılacaq yarımfinal mərhələsinin digər cavab matçında “Real Madrid”lə “Mançester Siti” üz-üzə gələcək. 


Etiketlәr: #UEFA

Әlaqәli Xәbәrlәr