Olimpiya məşəli Birləşmiş Millətlər Təşkilatındadır

Braziliyada 5-21 avqustda keçiriləcək 2016 Rio Olimpiya Oyunları üçün Yunanıstanın Olimpiya qəsəbəsində yandırılan olimpiya məşəli Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisinə aparıldı.

481069
Olimpiya məşəli Birləşmiş Millətlər Təşkilatındadır

Olimpiya məşəlini 13 yaşlı braziliyalı məktəbli Runa Qabriellə Pitta Portuqal qaldırdı.
 İnkişaf və Sülh üçün Beynəlxalq İdman Günü tədbirləri çərçivəsində BMT-yə aparılan məşəl əvvəl Lozannadakı Olimpiya Muzeyinə, sonra isə Braziliyaya aparılacaq.
  BMT baş katibi Pan Gi Mun təşkil olunan mərasimdə etdiyi çıxışında olimpiya məşəlinin dünya xalqları arasında həmrəyliyin rəmzi olduğunu dedi.
  Beynəlxalq Olimpiya Komitəsinin (IOC)  bu il ilk dəfə qaçqın komandası yaradaraq fövqəladə bir addım atdığını ifadə edən baş katib: " Evlərini tərk etmək məcburiyyətində qalan istedadlı qaçqın atletlər tarixdə ilk dəfə olimpiya oyunlarında medal uğrunda yarışacaq və dünya qaçqınları istedadlı güclü və ilhamverici olaraq görəcək" dedi.
  Komitə sədri Thomas Bach isə: "Bütün  dünyaya qaçqınları unutmadığımız barədə ismarıc göndərmək istəyirik" şəklində danışdı.
  Hər il bir quruma, və ya təşkilata verilən Olimpiya Kuboku bu il BMT-yə verildi.
  Kubok 1999-ci ildə də BMT-yə verilmişdi.

 

 



Әlaqәli Xәbәrlәr