“Yuventus” klubu 32-ci çempionluğunu bayram edib

İtaliyanın “Yuventus” klubu çempionatın başa çatmasına üç tur qalmış ardıcıl beşınci dəfə İtaliya çempionu olub.

478739
“Yuventus” klubu 32-ci çempionluğunu bayram edib

A Seriyasının XXXV turunda “Napoli”nin səfərdə “Roma”ya 0:1 hesabı ilə uduzmasından sonra müəyyənləşib. Sona üç tur qalmış xallarını 85-ə çatdıran Turin təmsilçisi ikinci pillədəki “Napoli”ni 12 xal qabaqlayıb. Üçüncü pillədəki “Roma”nın isə 71 xalı var.

Qeyd edək ki, “Yuventus” tarixində 32-ci dəfə İtaliya birincisi olub və ölkə klubları arasında ən yüksək nailiyyətə imza atıb. “Qoca Sinyora” 1930 - 1935-ci illərdə də ardıcıl beş dəfə qızıl medallara yiyələnib. 



Әlaqәli Xәbәrlәr