Çempionlar Liqasında yarıfınalçılar bǝlli olub

İspaniyada və Portuqaliyada keçirilən iki oyunla son yarımfinalçıların kimliyinə aydınlıq gəlib.

470731
Çempionlar Liqasında yarıfınalçılar bǝlli olub

Turnirin son qalibi “Barselona” öz meydanında 1 top fərqi ilə üstələdiyi digər ispan təmsilçisi “Atletiko” ilə səfərdə qarşılaşıb. Madridlilər doğma meydanda qalib gələrək, adlı-sanlı rəqibini yolundan kənarlaşdıra biliblər. Fransalı hücumçu Qrizmanın dublu yarımfinal üçün yetərli olub.

"Bavariya" isə paralel keçən oyunda "Benfika" ilə 2:2 hesablı bərabərliyə razılaşaraq evdə aldığı 1:0 hesablı qələbənin də verdiyi üstünlüklə yarımfinala vǝsiqǝ qazanan bir digər komanda olub.



Әlaqәli Xәbәrlәr