“Atletico Madrid’’-‘‘ PSV’’ matçı TRT1-də

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

451262
“Atletico Madrid’’-‘‘ PSV’’ matçı TRT1-də

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çǝrçivǝsindǝ bu axşam (Çərşənbə axşamı) Atletico Madrid, PSV Eindhoveni qəbul edəcək. Qeyd edǝk ki, İki komanda arasında ilk qarşılaşma 0-0 bərabərliklǝ nəticələnmişdi.

Madridin Vicente Calderon Stadında baş tutacaq qarşılaşmanı İngiltǝrǝli hakim Mark Clattenburg idarə edəcək. Matç Türkiyǝ vaxtı ilǝ 21.45-dǝ TRT 1-dən canlı yayımlanacaq.

Komandaların heyǝti:

Atletico: Oblak; Juanfran, Gimenez, Godin, Filipe Luis; Koke, Gabi, Carrasco, Şaul; Griezmann, Fernando Torres.

PSV: Zoet; Arias, Bruma, Moreno, Willems; Guardado, Pröpper, Van Ginkel; Narsingh, De Jong, Locadia.



Әlaqәli Xәbәrlәr