“FP”- “BJK” TRT Radyo 1

Futbol üzrə Türkiyə Super Liqasında turun son qarşılaşması bu gün keçiriləcək.

441741
“FP”- “BJK” TRT Radyo 1

Futbol üzrə Türkiyə Super Liqasında turun son qarşılaşması bu gün keçiriləcək.

Belə ki, çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça" və “Beşiktaş" komandaları bu axşam möhtəşəm oyunda üz-üzə gələcəklər.

“Ülkər" stadionunda saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FİFA dərəcəli hakim Cüneyt Çakırdır.

Yeri gəlmişkən qeyd edək ki, hal-hazırda Beşiktaş çempionatda 21 oyunda topladığı 51 xalla birinci, “Fənərbaxça isə 22 oyunda topladığı 50 xalla ikinci sıradadır.

Bu qarşılaşmanı futbolsevərlər TRT Radyo 1-dən canlı olaraq dinləyə bilərlər.



Әlaqәli Xәbәrlәr