Türk tennisçidən yeni rekord

Milli tennisçi Çağla Büyükakçay Lucie Safarovayı 2-0 hesabı ilə məğlub etdi.

439103
Türk tennisçidən yeni rekord

Milli tennisçi Çağla Büyükakçay Qətər Açıq Tennis Turnirində bu yarışın ötənilki qalibi və dünya reytinq cədvəlində 12-ci sırada yer alan Çex tennisçi

Lucie Safarovayı 2-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Çağla bu qələbə sayəsində bu səviyyəli bir yarışda üçüncü tura yüksələ bilən bir idmancı kimi adını Türk tennis tarixinə yazdıra bildi.

Təmsilçimiz bu gün qadın tennisçilər arasında dünya reytinqinin on nömrəsi olan İtalyan Roberta Vinci ilə 1/4 final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.



Әlaqәli Xәbәrlәr