İlin son derbisində sevinən tərəf "Beşiktaş" olub

"Beşiktaş" evdə "Qalatasaray"la münasibətlərinə aydınlıq gətirib. Rəqibinə 2:1 hesabı ilə məğlub edən "Beşiktaş" yenidən liderliyə yüksəlib.

409529
İlin son derbisində sevinən tərəf "Beşiktaş" olub

Ötən gün Türkiyə Super Liqasında XV tura İstanbulda keçirilən mərkəzi qarşılama ilə yekun vurulub. İlin son derbisi “Beşiktaş” və “Qalatasaray” komandaları arasında oynanılıb. “Qara qartallar” 2:1 hesabı ilə “Qalatasaray”a qalıb gələrək turnir cədvəlində yenidən liderliyə yüksəlib. Əzəli rəqibinə qarşı çempionatın son 10 matçında qalibiyyət sevinci yaşamayan “Beşiktaş” 1690 gün sonra ilk dəfə “sarı-qırmızılardan” güclü olub.

Qeyd edək ki, “Beşiktaş” çempionatın altıncı turunda digər əzəli rəqibi “Fənərbağça”nı da doğma meydanda 3:2 hesabı ilə məğlub etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr