Türkiyə "Rio 2016" ya daha bir lisenziya qazandı

Türkiyəli idmancılar “Rio 2016”da

402555
Türkiyə "Rio 2016" ya daha bir lisenziya qazandı

Avropa dünya və olimpiya çempionu üzrə milli taekvandoçu Servet Tazegül, Meksikanın paytaxtı Mexicoda təşkil olunan “Qran Pri” üzrə final yarışlarında lisenziya qazanıb.
Meksika “Qran Pri” yarışlarında 68 kq çəki dərəcəsində mübarizə aparan Servet Tazegül dörddə bir finalda ev sahibi ölkədə Saul Gutierrezə məğlub olmasına baxmayaraq, özündən sonrakı yerdə olan İspaniya və İranlı rəqibləri növbəti tura keçmədiyi üçün, “2016 Rio” Olimpiya oyunlarına qatılacaq.
Məlum olduğu kimi, müsabiqələrin ilk günündə digər təmsilçi Nur Tatar qadınlar arasında 67 kq çəki dərəcəsində oyuna qoşulmuşdu. 2012-ci il London Olimpiya Oyunlarında gümüş medal qazanan Nur Tatar və 2008-ci il Pekin Olimpiya oyunlarında bürünc, 2012-ci il London olimpiya oyunlarında qızıl medal qazanan Servet Tazegül, “2016 Rio” Olimpiya oyunlarında da Türkiyəni təmsil edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr