"Galatasaray" növbəti mərhələyə yüksəlmək şansını itirib

Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına yekun vurulub.

422666
"Galatasaray" növbəti mərhələyə yüksəlmək şansını itirib

Dörd qrupda keçirilən səkkiz oyunla Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.
Təmsilçimiz “Qalatasaray” klubu Madriddə “Atletiko”nun qonağı olub. Bu, İstanbul təmsilçisinin qrupdan çıxmaq üçün son şansı idi. Lakin “cim-bom” səfərdə məğlub olaraq növbəti mərhələyə yüksəlmək şansını itirib.
"Atletiko", "Benfika", "Real", PSJ, "Yuventus" və "Mançester Siti" isə 1/8 finala vəsiqəni təmin edib.
A, B, C və D qruplarında keçirilən oyunlarda bu nəticələr qeydə alınıb:
A qrupu
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (Madrid, İspaniya) – 3:4
"Malmö" (İsveç) - PSJ (Fransa) – 0:5
B qrupu
MOİK (Moskva, Rusiya) - "Volfsburq" (Almaniya) – 0:2
"Mançester Yunayted" (İngiltərə) - PSV (Hollandiya) – 0:0
C qrupu
"Astana" (Qazaxıstan) - "Benfika" (Portuqaliya) – 2:2
"Atletiko" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə) – 2:0
D qrupu
"Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) – 1:0
"Borussiya" (Münhenqladbax, Almaniya) - "Sevilya" (İspaniya) – 4:2


Etiketlәr:

Әlaqәli Xәbәrlәr