Almaniya-Hollandiya futbol oyunu təxirə salınıb

Parisdə baş verənlərdən sonra Avropanı terror həyəcanı bürüyüb.

366975
Almaniya-Hollandiya futbol oyunu təxirə salınıb

Parisdə baş verənlərdən sonra Avropanı terror həyəcanı bürüyüb.

Almaniyanın Daxili İşlər naziri Tomas de Mezyer terror hücumlarına diqqət çəkərək ölkəsi üçün təhlükə səviyyəsinin yüksək olduğunu söyləyib.
Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində baş tutmalı olan Almaniya–Hollandiya matçı təxirə salınıb.

Buna səbəb qarşılaşmanın baş tutacağı stadiona bomba qoyulması xəbəri olub.
Matçın keçiriləcəyi Hannover şəhərinin polis rəisi Stefan Vays bilidirb ki, onlara anonim bomba xəbəri daxil olub. Buna görə də stadion sürətlə boşaldılıb və azarkeşlər evakuasiya olunub. Matç isə təxirə salınıb.
Hadisə yerində aparılan araşdırmalarda partlayıcı aşkarlanmayıb.

Digər tərəfdən İngiltərə və Fransa arasında dünən baş tutan matçını izləyən 70 minə yaxın ingilis azarkeş qonaq komandaya göstərib.

Azarkeşlər Londondakı Wembley meydançasında oynanan matçın başlanmasından dərhal öncə Fransanın milli himnini səsləndiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr