Beynǝlxalq Olimpiya Komitǝsindǝn şok qǝrar

Beynəlxalq Olimpiya Komitəsi (BOK) sərt qərarla diqqət çəkib.

358953
Beynǝlxalq Olimpiya Komitǝsindǝn şok qǝrar

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Küveyt Milli Olimpiya Komitəsini (MOK) diskvalifikasiya edib.
Beynəlxalq Olimpiya Komitəsi bu qərarını Küveyt hökumətinin idmana müdaxiləsi ilə əlaqələndirib. Küveyt Milli Olimpiya Komitəsinin prezidenti şeyx Əhməd Əl-Fahad Əl-Sabah bildirib ki, bu qərar bir vətəndaş kimi onu məyus edib və idmançılara mənfi təsir göstərib.
Əgər vəziyyət düzəlməsə, o zaman Küveyt idmançıları gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan məhrum olacaqlar.
Qeyd edək ki, bir müddət əvvəl də FİFA Küveyt Futbol Assosiasiyasını diskvalifikasiya etmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr