Kenan Sofuoğlunun növbəti uğuru

Dünya Supersport Çempionatının 1-si olan Türkiyə millisi Kenan Sofuoğlu, Qətərdə təşkil edilən turnirin 12-ci və son yarışında 2-ci olub.

393900
Kenan Sofuoğlunun  növbəti uğuru

Türkiyə millisi əldə etdiyi nəticə ilə Kawasaki markasının çempionu olub.
Lusail Beynəlxalq Meydançasında Kawasaki komandası adına yarışan Kenan Sofuoğlu, ilk səkkiz turda liderliyini qoruyub.
PATA Honda World Supersport Team adına yarışan Kyle Smit doqquzuncu turda liderliyi əldə etdiyi üçün Sofuoğlu üçüncü sıraya yerləşib.
Smit, qalan altı turda da liderliyini qoruyaraq qalib olub. Kenan Sofuoğlu isə 10-cu turda MV Agusta Reparto Corse komandası adına yarışan Lorenzo Zanettiyi keçərək üstünlük əldə edib və yarışı 2-ci olaraq tamamlayıb. Zanetti isə turnirin üçüncüsü olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr