Türkiyəli idmançılar 20 medal qazanıb

Yeniyetmələr və 23 Yaş Altı Avropa Ştanq qaldırma Çempionatında Türkiyə 20 medal qazanıb.

388287
Türkiyəli idmançılar  20 medal qazanıb

Litvanın Klaipeda Şəhərində davam edən Yeniyetmələr və 23 Yaş Altı Avropa Ştanq qaldırma Çempionatının üçüncü günündə Türkiyə təmsilçiləri 4 qızıl 5 gümüş 1 bürünc medal qazanıblar.
Qadınlar üzrə 53 kq çəki dərəcəsində mübarizə aparan Türkiyə millisi Sema Acartürk 2 qızıl və 1 gümüş medal qazanaraq Avropa çempionu olub. Eyni çəki dərəcəsində yarışan Ayşegül Çoban Başol isə qızıl medalın sahibi oldu. 58 kq çəki dərəcəsində Türkiyəni təmsil edən Rabiya Zengin gümüş medalın sahibi olub.
Kişilər üzrə 69 kq çəki dərəcəsində mübarizə aparan Daniyar Ismayilov, bir qızıl və bir gümüş medal qazanaraq Avropa ikincisi olub.
Kişilər üzrə 62 kq çəki dərəcəsində yarışan Əmrə Büyükünlü gümüş medal qazanıb. Eyni çəki dərəcəsində yarışan Emre Malakçı isə bürünc medalın sahibi olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr