"Qadın"lar kişi çıxdı İran Qadın Futbol Komandasında!

İran Futbol Liqasının sözçüsü Müctəba Şərifi Qadın Milli Komandasının oyunçularından 8-inin kişi olduğunu təsdiq edib, amma idmançıların təhlükəsizliyi üçün onların adlarının gizli saxlanıldığını bildirib.

387038
 "Qadın"lar kişi çıxdı İran Qadın Futbol Komandasında!

  İran Qadın Milli Futbol Komandasında 8 kişi futbolçunun cinsiyyət dəyişdirmək üçün əməliyyat olmağı planlayan trans-qadınlar olduğu ortaya çıxıb.

  İran Futbol Federasiyası çıxan xəbərlərdən və qalmaqallardan sonra bütün komandanın cinsiyyət testindən keçirilməsi təlimatını əlaqədar qurumlara göndərib. Kişi olduğu ortaya çıxan trans-qadın futbolçulara qarşı qadağa qərarının verilib-verilməyəcəyi isə məlum deyil.

  Xatırladaq ki, 2010-cu ildə də buna bənzər hadisə baş vermişdi. 2014-ci ildə də İngiltrənin “Daily Telegraph” qəzeti İran Qadın Milli Komandası üçün komandada oynayan 4 idmançının trans-qadın olduğunu yazmışdı.

  Qeyd edək ki, İranda 1979-cu ildən – İran İslam İnqilabından bu yana cinsiyyət dəyişdirmə əməliyyatlarına icazə verilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr