Təmsilçilərimiz ilk turda fərqli nəticələr göstəriblər

UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

351336
Təmsilçilərimiz  ilk turda fərqli nəticələr göstəriblər

Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Skenderbeu"nun (Albaniya) qonağı olan "Beşiktaş" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Bu matçın taleyini bir qol həll edib. Sosanın görüşün 28-ci dəqiqəsində vurduğu qol "qara qartal"a minimal hesablı qələbə qazandırıb - 1:0.
Qrupun digər oyununda Portuqaliya nümayəndəsi “Sportinq” doğma azarkeşləri qarşısında
Rus komandası "Lokomotiv"i 3-1 hesabı ilə məğlub edərək H qrupunda 3 xalla 2-ci pillədə qərarlaşib.
A qrupunda digər nümayəndəmiz “Fənərbaxça” klubu “Molde”ni (Norveç) qəbul edib. İstanbulda keçirilən matçda “fənərbaxça” gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzub.
Qrupun digər oyununda “Seltik” “Ayaks”ın qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr