Milli gülǝşçi Taha Akgül qızıl medal qazanıb

Sərbəst gülǝş üzrǝ 125 kilo çǝki dǝrǝcǝsindǝ yarışan Taha Akgül, qızıl medal qazanıb.

386751
Milli  gülǝşçi  Taha  Akgül qızıl medal qazanıb

ABŞ-ın Las Vegas şəhərində təşkil edilən Dünya Güləş Çempionatı, sərbəst gülǝş üzrǝ müsabiqǝlǝr ilǝ sona çatıb.
Orleans Arenada təşkil edilən çempionatda 125 kq çǝki dǝrǝcǝsindǝ mübarizǝ aparan Taha Akgül, qızıl medal qazanıb.
Finalda Azǝrbaycanlı idmançı Cǝmalǝddin Maqomedov ilə mübarizə edən Türk güləşçi, 62-ci saniyədə rəqibini məğlub edib.
Akgül, ilk turda İspan idmançı Jose Cuba Vazquezi, ikinci turda erməni güləşçi Levan Berianidzeniyi məğlub edərək dörddəbir finala vǝsiqǝ qazanmışdı. Milli güləşçi, dörddəbir final mübarizəsində Kazak idmançı Daulet Shabanbayı 6-1, yarı finalda isə Rus güləşçi bilyalı Makhovu 10-0 hesabı ilǝ məğlub edərək finala yüksǝlmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr