Türkiyə millisinin növbəti qalibbiyyəti

Türkiyənin Milli Basketbol Komandası, 2015 Avropa Çempionatının B qrupundakı 3-cü matçında ev sahibi Almaniyanı 80-75 hesab ilə məğlub edərək 3-cü pilləyə vəsiqə qazanıb.

376742
Türkiyə millisinin növbəti qalibbiyyəti

Türkiyə Millisi bu nəticə ilə 2-ci qalibiyyətini əldə edərkən , Almanıya yığması 2-ci məğlubiyyətini yaşayıb.
Qeyd edək ki, Türkiyə Millis son günlərdə ölkədə baş verən terror hadisələri səbəbiylə yaxalarında qara lentlə
meydançaya çıxıb.
Türkiyə Millisi matç ərəfəsində şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut keçirib.
Matçı izləyə çox sayda azərkeş ‘‘Şəhidlər ölməz ,vətən bölünməz’’ və ‘‘ Türkiyə sizinlə qürür duyur’’ şüarları səsləndirib.
Digər tərəfdən B qrupunun növbəti qarşılaşması İtaliya, İspaniya arasında olub. İtaliya yığması rəqibini 105-98 hesab ilə məğlub edərək çempionatdakı iddiasını davam etdirib. Serbiya isə İslandiyanı 93-64 hesab ilə məğlub edərək çempionatdakı liderliyini goruyub.
Xorvatiyanın paytaxtı Zaqrebdə oynanan C qrupunun matçlarında isə Yunanıstan, Gürcüstanı 79-68 hesab ilə məğlub edərək 3-cü qalibiyyətini əldə edib. Sloveniya, Hollandiyanı 81-74 hesab ilə, ev sahibi Xorvatiya da Makedoniyanı 73-55 hesab ilə məğlub edib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr